Artıq İspaniya yeni dünya çempionudur. 2 il öncə Avropa çempionu olan `buğa`lar artıq dünyanın ən böyüyüdür. Finalda Hollandiya ilə qarşılaşan Del Boskenin yerimələri 116-cı dəqiqədə vurduğu qolla ilk dəfə çıxdığı finalda qələbə qazanıb. Əslində `narıncı`ların oyunda hesabı açmaq üçün daha real imkanları olub. Lakin Robben 2 dəfə qapıçı ilə təkbətək çıxsa da şansından yararlana bilməyib. Oyun əsas vaxtı qolsuz başa çatıb. 109-cu dəqiqədə Heytinqanın qırmızı vərəqə alması ispanların işini asanlaşdırıb. 116-cı dəqiqədə İnyesta ispanlara dünya çempionluğu gətirən qolu vurub. Hollandlar isə 32 il sonra çıxıdığı final qarşılamasında yenə məğlub oldu. Daha öncə 2 dəfə olduğu kimi...
2009 Qarabagh FC
www.qarabag.com
All rights reserved.
Contacts