QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İtaliyalı məşqçi “Qarabağ”ın futbolçusunu təriflədi (apasport.az)

“Admir Teli milli komandanın çox vacib hissəsidir. Amma biz onun mövqeyində olan digər futbolçuları da sinamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniya milli komandasının baş məşqçisi Canni de Biazi deyib.

O, “Qarabağ”ın müdafiəçisi Admir Telinin fevralın 29-da Gürcüstanla keçiriləcək yoxlama oyununa çağırılan heyətdən çıxarılmasına aydınlıq gətirib: “Kifayət qədər variantlarımız var ki, onlara da şans verib yoxlamaq fikrindəyik. Yəni bu texniki məsələdir. Sizi inandırım ki, Telini çox yaxşı tanıyıram və o, mənim qurmaqda olduğum komandanın bir parçasıdır”.

Qeyd edək ki, de Biazinin mərkəz müdafiəçisi olan Telinin mövqeyinə çağırdığı oyunçular arasında “Xəzər Lənkəran”ın üzvü Elvin Beçiri də var.