QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Olimpiya çempionu “Qarabağ”dan danışıb, dünya çempionatını dəstəklədi (futbol11.az)
Pekin Yay Olimpiya Oyunlarının qalibi, Avropa çempionu, cüdoçu Elnur Məmmədli Azərbaycan futbolu barədə danışıb. Tanınmış idmançı milli çempionatımızı 7-8 il bundan öncə ilə müqayisə edib: “Azərbaycan futbolunda həqiqətən də irəliləyişlər var. 7-8  il bundan qabaqla indiki  oyunumuz arasında yer-göy qədər fərq görürəm. Klublarımızdan “Qarabağ”ı götürək. Komanda çox gözəl oyun nümayiş etdirdi. Sadəcə olaraq, Avropa Liqasının qrup mərhələsinin bir addımlığında qaldıq”.
Azərbaycan cüdosunun lideri Məmmədli bu il Bakıda keçiriləcək FİFA U-17 qadınlar arasında dünya çempionatı barədə də fikir bildirib: “Azərbaycanda keçirilən Avropa və dünya çempionatlarının həqiqətən də analoqu  yoxdur. Təşkilatçılıqla bağlı böyük fərqlər var. Bakıda keçiriləcək futbol üzrə dünya çempionatını dəstəkləyirəm. Azərbaycanda DÇ başlayan günü biz bayram etməliyik. Qadınlar arasında Azərbaycanda  keçiriləcək dünya çempionatı xalqımız üçün böyük stimuldur. Bu, rəhbər şəxslərin Azərbaycan  futboluna olan qayğısından irəli gəlir. Mən də bu futbol yarışından kənarda qala bilmərəm. Ürəyim Azərbaycan  milli komandası ilə döyünəcək. İnşallah, dəvətlilər arasında olaram və tribunada oturub millimizi dəstəkləyərəm”.