QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” XXI əsrdə Azərbaycanın Avropada ən yaxşı təmsilçisidir (apasport.az)

“Qarabağ” XXI əsrdə Azərbaycanın Avropada ən yaxşı təmsilçisidir
14:03 21-03-2012
Font ölçüsü :   a   |   A

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, XXI əsrin ilk 11 ilinin (2001-2011) yekunlarına əsasən tərtib olunan siyahıda 600 klub yer alıb. Cədvələ İspaniyanın “Barselona” klubu başçılıq edir – 2917 xal. İngiltərə təmsilçiləri “Mançester Yunayted” klubu 2793 xalla 2-ci, “Arsenal” 2618 xalla 3-cüdür.

Siyahıda Azərbaycanın 6 klubu da yer alıb ki, onlar arasında ən yaxşısı “Qarabağ”dır. Hazırda I divizionda çıxış edən “Karvan” isə ölkəmizin 6-cı təmsilçisi olmağı bacarıb.

314. “Qarabağ” – 436
330. “Neftçi” – 422
392. “Bakı” – 345,5
445. “Xəzər Lənkəran” – 301
459. “İnter” – 294
594. “Karvan” – 594

Millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi Yunanıstanın “Panionios” klubu 628,5 xalla 175, yığmanın sabiq hücumçusu Daniel Axtyamovun yeni transfer olunduğu Moldova “Tiraspol”u isə 377 xalla 367-ci yerdədir.