QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadiqov: “Foqts demişdi ki, “Qarabağ”dan heç kimi milliyə çağırmayacam” (qol.az)

“Millinin toplanışına dəvət olunmadığımı ilk sizdən eşidirəm. Bunla bağlı heç bir fikrim yoxdur”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandanın və “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov aprelin 2-dən 5-dək baş tutacaq millinin toplanışına çağırılmamasına münasibət bildirərkən deyib.

Rəşad Sadiqov toplanışa dəvət olunmama səbəbinin özü üçün də müəmmalı qaldığını bildirib: “Foqts demişdi ki, budəfəki toplanışa “Qarabağ”ın əsas heyət oyunçularını çağırmayacam. Amma digər komanda yoldaşlarıma dəvət göndərib. Açığı niyə çağırmadığını bilmirəm. Aramızda heç bir problem yoxdur. Ola bilsin ki, Fələstinlə son yoxlama görüşündə qırmızı vərəqə almağıma görə Foqts belə qərara gəlib”.