QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” dünya reytinqində 37 pillə irəlilədi (apasport.az)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların son il üçün növbəti reytinqini açıqlayıb. Qol.Az-ın İFFHS-in saytına istinadən yaydığı məlumata görə, reytinqdə Azərbaycandan yalnız "Qarabağ" yer alıb.

402 komandanın adının olduğu siyahıya İspaniyanın “Barselona” klubu 382 xalla başçılıq edir. Madrid “Real”ı 306 xalla ikinci, Argentinanın “Veles Sarsfild” klubu isə 287 xalla üçüncü yeri tutur.

“Qarabağ” isə son bir ayda 37 pillə irəliləyib. Hazırda Ağdam klubu 73,5 xalla 279-cu yeri tutur.