QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Feyenoord”la bir sırada (apasport.az)

“Qarabağ” dünyanın ən çox tərəqqi edən klublarından biridir. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) bu gün açıqladığı dünya klublarının reytinqində 37 pillə irəliləyən Ağdam təmsilçisi ən böyük sıçrayışa nail olanlar sırasına düşüb.

Reytinqdə 316-cı yerdən 279-cu pilləyədək sıçrayan “Qarabağ” Hollandiyanın məşhur “Feyenoord” və Türkiyənin “Bursaspor” klubları ilə eyni irəliləyişə nail olub. 37 pilləlik inkişaf isə dünyada 66-cı nəticədir.

Ən böyük sıçrayış isə Boliviyanın “Boli” klubuna məxsusdur. 526-cı yerdən 248-ci pilləyə irəliləyən cənubi amerikalılar 278 addım irəliləyib. Fransa “Ayaçço”su 212, Qana “Çelsi”si 189 pillə irəliləyib.