QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadiqov: `Biz çempion olmaq istəmirik?` (sportal.az)
"Bizim də öz hədəflərimiz var"
 
"Qarabağ"ın kapitanı Rəşad Sadiqovun müsahibəsi
 
 
- Son turda səfərdə "İnter"lə qarşılaşdınız və son dəqiqə qolu ilə 3 xalı əldən verdiniz. Həmin qarşılaşma ilə bağlı fikirlərini bilmək maraqlı olardı...
 
- Oyunun gərgin keçəcəyini əvvəlcədən də bilirdik. Çünki aramızdakı xal fərqi 1 idi. «İnter» meydançada kompakt oynayan komandadı. Yaxşı müdafiə olunmaqla yanaşı, hücuma sürətlə çıxımağı bacarırlar. Bütün zonaları bağlamaqla rəqibə oynamaq imkanı vermirlər. Necə ki, birinci hissədə bizə oynamaq imkanı vermədilər. Ona görə də birincidə oyunumuz alınmadı. İkinci hissədə oyunumuzu tutub, qolu vurduq. Sonra da qol vurmaq imkanlarımz oldu. İstifadə edə bilmədik. Hardasa bu mənə "Rəvan"la oyunu xatırlatdı. Həmin oyunda hesabda irəlidə olsaq da, 93-cü dəqiqədə qapımızdan top buraxdıq.
 
 
- Sanki üç xalı qazanmış kimi son dəqiqələrdə "boşaldız". Niyə belə tez arxayınlaşdız?
 
- Bəlkə də ola bilər. Futbolda belə şeylər olur. Elə özümüz də "Qəbələ" ilə hər iki oyunda bərabərlik topunu son dəqiqələrdə vurmuşuq. Bu, bizim də başımıza gəlib. Əbəs yerə demirlər ki, futbolu 90 dəqiqə oynamaq lazımdı. Ona görə də hər zaman diqqətli olmalıyıq ki, sonda belə alınmasın.
 
 
- Bilirsən ki, bu 1:1-lə öz işinizi daha da çətinləşdirdiz?
 
- Əlbəttə. "Şəfa"dan üç xalla ayrılsaydıq, yaxşı olardı. Lakin bir məsələdə var. "İnter" kimi güclü komandadan səfərdə bir xal qazanmaq pis nəticə deyil. Qələbə qazansaydıq, ikinci piilədə mövqeyimizi qoruyacaqdıq. "Xəzər Lənkəran" da səfərdə "Qəbələ"ni məğlub edib. Yenə hər şey özümüzdən asılıdı.
 
 
- Bu xal itksindən sonra çempionluq şansınızın azaldığını demək olar?
 
- Hələ qarşıda beş tur var. İndidən hansı komandanın çempion olmasını demək tezdi. İlk dördlükdə yer alan hər bir komandanın çempion olmaq şansı var. Aradakı fərq 7-yə çatsa belə. "Altılığ"ın qalan beş oyunu bu baxımdan böyük əhəmiyyət kəsb edəcək. Mənə elə gəlir ki, çempionluq uğrunda mübarizə son tura qədər davam edəcək. Bəlkə də çempion komandanın kim olacağı sonuncu turun nəticəsindən asılı olacaq. Açığı, biz indiki məqamda çempionluq haqda düşünmürük. Konkret oyunlara köklənirik. Hər matça 3 xal qazanmaq məqsədi ilə çıxırıq. Sırf 3 xal haqda düşünürük. Təbii ki, bunu reallaşdıra bilsək, qarşıya qoyulan məqsədə də çatacağıq. Komanda yoldaşların çempion olmağın çətinliyindən tez-tez danışır.
 
 
- "Qarabağ"da qələbəyə inam itib?
 
- Hər futbolçunun öz düşüncəsi, yanaşma tərzi var. Komanda yoldaşlarımızdan kimsə bu cür düşünə bilər. Amma biz mübarizə aparacağıq. “Qarabağ” mübariz komandadı. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ruhdan düşmürük. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Hər zaman qələbə qazanmaq üçün meydana çıxacağıq.
 
 
- Səncə, final mərhələsində gözlənilən gərginlik var?
 
- Həqiqətən də gərginlik var. İlk “altılıq”da zəif komanda yoxdu. Hər oyunda fərqli nəticə ilə qarşılaşmaq mümkündü. Kim yaxşı oynayırsa, yaxşı hazırlaşırsa, o da qələbə qazanır. Turnir cədvəlinə diqqət yetirsək, gərgin mübarizə getdiyinin şahidi olarıq.
 
 
- "Qarabağ"ın çempion olmaq istəmədiyini deyənlər var…
 
- Bu, yanlış fikirdi. Biz çempion olmaq istəmirik? Hansı komanda çempion olmasını istəməz? Bizim də öz hədəflərimiz var. Mövsümün əvvəlində də bildirmişdik ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Lakin bu ona əsas vermir ki, deyək, çempon olmaq istəmirik. Bu gün liderdən geri qalsaq da, hələ heç nə bitməyib.
 
 
Mənbə: "Sport Favorit"