QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
\"Qarabağ\" qanvermə aksiyasında iştirak edib (korner.az)

`Qarabağ` Futbol Klubu daha bir sosial aksiyada iştirak etmişdir. Belə ki, `Azərsun Holdinq`də ənənəvi qanvermə aksiyası keçirilmişdir. Artıq ənənəyə çevilən aksiyaya Holdinqin geniştərkibli heyəti də qatılmışlar. `Azərsun Holdinq` və `Qarabağ` Futbol klubunun prezidenti cənab Abdolbari Goozal da bu xoşməramlı tədbirdə iştirak etmişdir. Goozal bəy tədbirdə çıxış edərək belə xeyirxah tədbirin əhəmiyyətindən danışaraq yer üzərində yaşayan hər bir insanın maddiyatından asılı olmayaraq öz mənəvi dəstəyini göstərməsinin vacibliyindən danışdı. Verdiyimiz qanın hər hansısa insanın həyata qayıtmasına yardım etməsini düşünmək belə mənəvi dünyamızı genişləndirən amil kimi qiymətləndirdi. Ardınca Goozal bəy qan verərək aksiyaya daha aktiv dəstək oldu.

`Qarabağ`FK-nın kollektivi də aksiyada fəal iştirak edib. Klubumuzun idari, texniki və inzibati heyəti ehtiyacı olanlar üçün qan veriblər.

qarabagh.com