QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qarabağdan xeyirxah aksiya (FOTO) (azerisport.com)
“Qarabağ” Futbol Klubu daha bir sosial aksiyada iştirak edib. Azerisport.az xəbər verir ki,  “Azərsun Holdinq”də ənənəvi qanvermə aksiyası keçirilib.
 
Artıq ənənəyə çevilən aksiyaya Holdinqin geniştərkibli heyəti də qatılıb. “Azərsun Holdinq” və “Qarabağ” Futbol klubunun prezidenti cənab Abdulbari Gözəl da bu xoşməramlı tədbirdə iştrak edib. Gözəl tədbirdə çıxış edərək belə xeyirxah tədbirin əhəmiyyətindən danışaraq yer üzərində yaşayan hər bir insanın maddiyatından asılı olmayaraq öz mənəvi dəstəyini göstərməsinin vacibliyini vurğulayıb. Ardınca o, qan verərək aksiyaya daha aktiv dəstək oldu.
 
“Qarabağ”ın kollektivi də aksiyada fəal iştirak ediblər. Klubun idarə, texniki və inzibati heyəti ehtiyacı olanlar üçün qan veriblər.