QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Fiziki hazırlıqla

`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. `Qarabağ`ımızın bugünki proqramında 2 məşq vardı. Komandamız ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla 11:00-da yollandı.
Hər zaman olduğu kimi baş məşqçimiz Qurban Qurbanovun drujinası futbolçuları səhər məşqində fiziki hazırlıqla `yüklədilər`. Ardınca meydanboyu maneələri aşaraq qapıya zərbələr üzərində işləyən komandamız səhər çalışmasını başa vurdu.
`Qarabağ`ımızın ilk çalışmasında bütün futbolçular iştirak etdi. Dünən Qara Qarayev fərdi çalışmışdısa, 20 yaşlı yarımmüdafiəçi bugün kollektiv çalışmalarda iştirak etdi. Eyniylə Torres də komandayıa birgə idi. Riçard isə axşamdan etibarən məşqlərdə tam gücüylə iştirak edəcək.
`Qarabağ`ımızın 2-ci çalışması 17:00-a təyin olunub.