QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` davam, Riçarddan rekord

`Qarabağ`ımız dünən premyerliqanın XIX turu çərçivəsində `Qəbələ` ilə qarşılaşdı. Komandamız 1:1-lik nəticə ilə xallarına daha birini əlavə etdi.
Oyunla bağlı maraqlı məqamlar yetərincə idi. `Qəbələ` - `Qarabağ` duelinin tarixi elə də uzağa getməsə də statistikada ilginc amil diqqəti cəlb edir. Belə ki, 2006-ci ildən start götürən duellər tarixini 2 yerə bölmək olar: 2009-a qədər və sonrası. İlk mərhələdə `Qarabağ`ımız 8 oyunda `Qarabağ`ımız rəqibinə qələbə sevinci yaşatmasa da, 2-ci dövrdə `Qarabağ`ımız sacədə 1 qələbə ilə yadda qalıb.
Dünənki mücadilə tendensiyanı pozmadı. Amma müsbət məqam ondan ibarətdir ki, komandamız məğlubiyyətsiz seriyasını davam etdirə bildi. Digər məqam isə adətən milli toplanışlarından sonra qələbə üzünə həsrət qalan komandamız bu dəfə 1 xal qazana bildi. Oktyabrın 31-də məhz `Qəbələ`yə uduzduqdan sonra 9 oyundur məğlubiyyətin nə olduğunu unudan komandamız seriyanı davam etdirə bildi. Hər nə qədər ilk oyunun  məcrasına uyğun olaman qol buraxsaq da, `Qarabağ`ımızın uduzmayacağı həm oynadığı futbol, həm də digər statistika ümid verirdi. Belə ki, Qurban Qurbanovun başçılıq etdiyi `Qarabağ` qış fasiləsindən sonra heç vaxt məğlub olmayıb.   Son 5 ili əhatə edən dövrdə Komandamız qış fasiləsindən son ilk oyunda 3 qələbə qazanıb ki, bunu biri də 2 il bundan öncə `Qəbələ` qarşısında (3:0) qeydə alınıb.
`Qarabağ`ımızda Riçard Almeyda vurduğu topla qollarının sayını 7-yə çatdırdı. Braziliyalı bu nəticəylə öz şəxsi rekordunu yenilədi. Belə ki, 23 yaşlı `Riçi` karyerasının ən məhsuldar dövrünü yaşayır. Mövsümün əvvəlində `Jil Visente`dən transfer olunan Riçard 2 il bundan əvvəl Portəgiz klubunda 28 oyuna 6 dəfə fərqlənmişdi. Göründüyü kimi, cənubi amerikalı `Qarabağ`da 19 oyuna 7-ci qoluyla nəticəsini daha da yaxşılaşdırdı. Qarşıda hələ 13 oyun olduğunu nəzərə alsaq Riçardın məhsuldarlığını yüksəltmək şansı var.

Riçardın 7-ci qolu

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1 

`Qəbələ` - `Qarabağ`oyunundan fotolar

http://www.qarabagh.com/1987/?name=photoview&phid=462&lang=1