QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Subaşiç 1 ay oynamayacaq
`Qarabağ`ımızda `Qəbələ` ilə oyunqabağı itkiylə üzləşib. `Qarabağ`ımızın qış transfer pəncərəsi zamanı sıralarına qatdığı Branimir Subaşiç zədələnərək uzun müddətə sıradan çıxıb. 30 yaşlı forvard məşq zamanı əzələsini qırıb. Subaşiçin azı 4 həftə meydana çıxmayacağı dəqiqdir.
Branimir müalicə üçün Türkiyəyə yollanacaq.