QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Superkubok geri dönür
Azərbaycan Superkuboku uğrunda oyun yenidən bərpa olunur. Peşəkar Futbol Liqası bu titul uğrunda həlledici matçın vaxtını açıqlayıb. Superkubok uğrunda oyun 2013/14 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin başlanmasına 1 həftə qalmış keçiriləcək. Bu isə 2014-ci ilin iyunun son 10 günlüyünə təsadüf edəcək. Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 18 il əvvəl -1995-ci ildə keçirilib. İndiyə kimi 3 dəfə keçirilən bu kuboku iki dəfə `Neftçi`, bir dəfə `Qarabağ` qazanıb.