QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”ın qapazaltısı və ya “Neftçi” autsayder kimi (APASPORT.AZ)
Topaz Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyununda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” rəqibini mövsümdə 3-cü dəfə məğlub etdi. Apasport.az saytının məlumatına görə, ilk 2 dövrədə bakılıları 1:0 hesabı ilə üstələyən Qurban Qurbanovun yetirmələri çempionatın arxada qalan hissəsində eyni komandadan 9 xal alan 3-cü komanda oldu. “Qarabağ”a qədər yalnız “Xəzər Lənkəran”la AZAL eyni komanda üzərində 3 qələbə qazanmağı bacarmışdı. İkinci “altılıq”da çıxış edən bu 2 klubun “qurbanı” da eyni olmuşdu. Həm “Xəzər Lənkəran”, həm də AZAL Premyer Liqanın autsayderi “Kəpəz”i hər 3 dueldə yenmişdi. Autsayder kimi, 1 rəqibə 3 dəfə uduzan 2-ci klub isə “Neftçi” oldu. bu xəbər 144 dəfə oxunub