QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` Polşada məşqə çıxdı
`Qarabağ`ımız Glivitsedə sonuncu məşqinə çıxdı. Sabah Avroliqanın II təsnifat mərhələsi çərçivəsində `Pyast`in qonağı olacaq komandamız  yerli vaxtla 17:30-da hazırlığa başladı. 19 futbolçunun iştirak etdiyi çalışmada komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də çox yükləmədi.  Təxminən 1 saat davam edən çalışma yüngül qaçışla başladı. Ardınca ənənəvi `kvadrat` oynayan komandamızın əhval-ruhiyyəsinin yaxşı olması diqqətdən qaçmadı.
Ardınca otelə yollanan komandamız oyun saatını gözləməyə başlayıb.