QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov:`Öz oyunumuzu göstərməyə çalışacağıq`
Avroliqanın II təsnifat mərhələsi çərçivəsində baş tutacaq `Pyast` - `Qarabağ` görüşü öncəsi baş məşqçilərin mətbuat konfransı baş tutub.  Komandamızın baş məşqçisi Qurban Qurbanov  jurnalistlərin qarşısına 21:30-da çıxıb. Qurban müəllim oyun haqqında danışarkən,  oyuna çox ciddi yanaşdıqlarını `Piast`in fiziki və atletik cəhətdən çıx güclü olduğunu vurğladı. Qarşıda komandamızı çətin 90 dəqiqə gözlədiyini bildirdi.  Penalti seriyasıyla bağlı suala isə baş məşqçimiz hər şeyə hazır olduqlarını bildirdi. Rəqibin heyətində kimsəni fərqləndirmədiyini, polşalıların kollektiv futbola üstünlük verdiyini vurğuladı.  Qurban müəllim öz oyunlarını göstərməyə çalışacaqlarını, tur üçün meydana çıxacaqlarını bildirdi. Daim `Visla` ilə müqayisə olunmağın düzgün olmadığını bildirən çalışdırıcımız ancaq `Pyast`la oyuna kökləndiyini bildirdi.