QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rövnəq Abdullayev:`Qarabağ` digərlərindən fərqlənir`

`Çox gözəl oyun izlədik. `Qarabağ`dan erkən qol gözləyirdik, ancaq bu alınmadı. Bununla belə, əsas komandanın qələbə qazanması idi`.

AFFA prezidenti Rövnəq Abdullayev `Qarabağ` - `Gefle` oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

AFFA prezidenti `Qarabağ`ın növbəti mərhələyə keçəcəyinə inandığını bildirib: `Qarabağ` bu gün 5 qol da vura bilərdi, amma komandamız bir qolla kifayətləndi. Qələbə münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Artıq `Qarabağ`la digər klublarımız arasında fərq nəzərə çarpır. Ağdam təmsilçisi digər klublarla müqayisədə Avropada daha yaxşı çıxış edir. İnanıram ki, `Qarabağ` İsveçdə daha yaxşı oynayacaq və növbəti mərhələyə yüksələcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda İsveçin `Gefle` klubu ilə qarşılaşan `Qarabağ` rəqibini 1:0 hesabı ilə məğlub edib.