QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` bugün gedir
`Qarabağ`ımız bugün İsveçə yollanır. Avropa liqasının III mərhələsində `Gefle`nin qonağı olacaq komandamız bugün 16:00-da birbaşa reyslə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaq.
`Qarabağ`ımız səfərə 19 futbolçu ilə  yollanacaq. Sundsvalda `Scandic Nord` otelində məskunlaşacaq `Qarabağ`ımız  sabah oyunun keçiriləcəyi vaxtda, yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) sonuncu məşqə çıxacaq.
Qeyd edək ki, ilk oyunda `Qarabağ`ımız 1:0 hesabıyla qələbə qazanmışdı.