QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` tam heyətlə
`Qarabağ`ımız tam heyətlə başlayır. Premyerliqanın III turunda `Xəzər-Lənkəran`ı qəbul edəcək komandamız nəhayət tam heyətlə çalışa biləcək. Milli oyunlar səbəbiylə Azərbaycan, Albaniya, Konqo və Gürcüstan millilərinə göndərdiyi futbolçularından məhrum olan komandamız futbolçularına bugün qovuşub.
Belə də `Qarabağ`ımız 18:30-da  başlayacaq məşqə tam heyətlə çıxa biləcək. Məşqimiz Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, `Qarabağ` - `Xəzər-Lənkəran`  maçı Avqustun 18-i, 20:00-da `Bakcell-Arena`da  keçiriləcək.