QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Play-off:`Qarabağ` - `Ayntraxt`. 0:2
1`- Oyun başlayır
6`- `Ayntraxt` hesabı açır
10`- `Qarabağ` hücumu..lakin ötürmə qeyri dəqiq olur
14`- `Ayntraxt` oyunçusu Gelaşviliyə qarşı kobud oyuna görə sarı vərəqə alır
18`- `Qarabağ` hücumu..Muaremin ötürməsi.. lakin onu ötürməsinə çatan olmur
22`- Künc zərbəsi yerinə yetiririk..lakin müdafə topu uzaqlaşdırır
29`- `Qarabağ` cərimə zərbəsi yerinə yetirir.. lakin nəticəsizdir
31`- `Ayntraxt` oyunçusu zədələnir və ona tibbi yardım göstərilir
35`- `Qarabağ` hücumu.. Corc Loreya qarşı qayda pozulur ona görə `Ayntraxt` oyunçusu sarı vərəqə alır
36`- Corc cərimə zərbəsi yerinə yetirir... müdafiə topu meydandan çıxarır
37`- Gelaşvili topu rəqibindən alır.. lakin o son anda topu itirir
39`- Telinin Gelaşviliyə ötürməsi.. lakin qapıçı topa daha tez çatır
40`- `Ayntraxt` cərimə zərbəsi yerinə yetirir.. müdafiəmiz topu uzaqlaşdırır
41`- Əks hücumumuz.. lakin Corc topu meydanda saxlaya bilmir
43`- Daha bir əks hücum.. Rəşad Sadıxovun ötürməsi..qapıçı vaxtında irəli çıxaraq topu tutur
44`- `Ayntraxt` hücumu.. Miro topu dəf edir
45`- Aqolli sarı vərəqə alır
45+1`- `Komandamızn hücumu.. lakin Muaremə qarşı qayda pozulur
45+2`- Jumbinyo cərimə zərbəsi yerinə yetirir..lakin top qapının yanından keçir və ilk hissə bitir
46`- İkinci hissə başlayır
48`- `Ayntraxt`ın qapıya doğru zərbəsi.. Miro topu dəf edir
52`- `Qarabağ` hücumu.. Almeyda Aqolli və Almeyda paslaşması..və top meydandan çıxır
57`- Əks hücum.. Gelaşvili cərimə meydançasına daxil olur.. lakin hücum nəticəsizdir
60`- `Ayntraxt` künc zərbəsi yerinə yetirir..
61`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi.. Qara Qarayevi Namiq Yusifov əvəzləyir
62`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi.. Kapolonqo Gelaşvilini əvəzləyir
64`- `Qarabağ` hücumu.. Corc Leroyun ötürməsi və Muaremin qapıya doğru zərbəsi lakin qapıçı topu tutur
69`- Hücum qursaq da qapıya zərbə endirə bilmirik
71`- `Qarabağ`da son oyunçu dəyişikliyi.. Vüqar Nadirov Muaremi əvəzləyir
71`- `Ayntraxt`da oyunçu dəyişikliyi..
72`- Əks hücum.. Corc Leroyun qapıya doğru zərbəsi.. top qapı tirinə dəyir
73`- Növbəti hücum.. Jumbinyonun zərbəsi dəqiq olmur
76`- `Ayntraxt` adi bir vəziyyətdə hesabı 2-0 edir
78`- `Ayntraxt` oyunçusu sarı vərəqə alır
80`- `Ayntraxt`da oyunçu dəyişikliyi...
86`- `Vüqarın qapıya doğru qüvvətli zərbəsi.. top qapı tirinə dəyir
88`- `Ayntraxt`da son oyunçu dəyişikliyi..
90+3`- Oyun 2-0 hesabı ilə bitir