QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` Almaniyaya çatdı və məşqə çıxdı
`Qarabağ`ımız  nəhayət Almaniyadadı. Avropa liqasının play-off mərhələsində `Ayntraxt`la qarşılaşacaq komandamız Almaniyaya səfərində problemlər yaranmışdı. Nəhayət, bugün 13:00-a icazə verilsə də komandamız sadəcə 15:00-da Bakıdan ayrıla bildi. Təxminən, 4:50 dəqiqəlik uçuşdan sonra komandamız Franfurta çatdı. Komandamız Franfurtda `Kempinski` otelində məskunlaşdı.
Hardasa bi saatlıq fasilədən sonra isə komandamız məşqə yollandı. Belə də komandamız yerli vaxtla 20-00-da məşqə çıxdı. Komandamızın çalışması 1 saat davam etdi. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov Almaniyaya 19 futbolçu aparıb. Bütün futbolçuların iştirak etdiyi məşq ənənəvi xarakterdə keçdi, futbolçular çox yüklənmədi.
Qeyd edək ki, `Ayntraxt` - `Qarabağ` görüşü sabah 20:30-da (Bakı vaxtıyla 23-30-da) start götürəcək.