QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Simurq` oyunu mərkəzi arenada
`Qarabağ`ımız `Simurq`la oyunun hazırlıqlarını davam etdirir. Bugünə 2 məşq keçən komandamız hazırlığını Suraxanı qəsəbə stadionunda keçib. Bu arada `Qarabağ`ımızın  `Simurq`la matçının başlama saatı məlum olub. `Qarabağ`ımız Zaqatala klubunu  Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək. Qeyd edək ki, mərkəzi arenanın ot örtüyü yeniləndiyinə görə komandamız ev oyunlarını `Bakcell-Arena`da keçirmişdi.  Qeyd edək ki, 21 Sentyabrda baş tutacaq  görüş 19-30-da start götürəcək.