QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`ımız AZAL-la qarşılaşıb

`Qarabağ`ımız premyerliqada yaranmış fasiləylə əlaqədar AZAL-la yoxlama oyunu keçirib. Milli oyunlar  səbəbindən 10 futbolçunun imkanından məhrum olan komandamız Şüvəlandakı AZAL-Arena baş tutan görüşdə fərqli heyətlə meydana çıxmışdı: Fərhad Vəliyev, Təmkin Xəlilzadə, Namiq Yusifov, Eltun Yaqublu, İlqar Qurbanov, Eltun Turabov, Toğrul Bilallı, Muarem Muarem, Renaldo, Corc Leroy, Kapalonqo.
Göründüyü kimi, Qurban Qurbanov son müdafiəçinin olmamasına görə Namiq Yusifovu müdafiənin mərkəzinə çəkmiş, əvəzində meydanın mərkəzində 16 yaşlı Elton Turabova şans vermişdi.
Oyunun ilk yarısında `Qarabağ`ımız 2 dəfə qola yaxın olsa da ev sahibləri şanslarından maksimum yararlandı. Cavid Tağıyev və Viktor İbekoyi komandasını fasiləyə üstün yollanacaq qollara imza atdılar.
2-ci yarı başlar-başlamaz AZAL Ağayevlə 3cü qolu vursa da, `Qarabağ`ımız Reynadlo və Kaponun vurduğu qollarla hesab arsındakı fərqi minimuma endirdi. Bundan sonra oyunda başqa qol vurulmadı.
Qeyd edək ki, görüşün 2-ci yarısında Qurban müəllim bir neçə gəncə meydana çıxma şansı verdi.

Oyundan fotolar...

http://qarabagh.com/1987/?name=photoview&phid=496&lang=1