QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
3-ə sıfır

`Qarabağ`ımız premyerliqanın X turunda `Sumqayıt`la qarşılaşdı. Milli oyunlarla əlaqədar yaranmış fasiləylə görə 2 həftəlik aradan sonra `Qarabağ`ımız  Sumqayıtda publika önünə çıxdı.
`Gənclik şəhəri`ndəki mərkəzi arena təmirə bağlandığından oyun süni örtüklü meydanda baş tutdu. Saat 16:00-da başlayan görüşdə `komandamızın baş məşqçisi Qurban Qurbanov rotasiya prinsipinə əl atmışdı. Adətən millidən dönən oyunçuların yorğunluğunu nəzərə alan Qurban Qurbanov bu dəfə də fərqli `11`liyə şans vermişdi. Qapıda Fərhad, müdafiə xəttində Maksim, Rəşad, Teli, Ansi onların önündə Qara, Riçard, Jumbinyo yenə də start heyətində meydana çıxmışdısa, `Bakı`nı 3:0 məğlub etdiyimiz oyunla müqayisədə Vüqarın yerinə Leroy sağ, Reynaldonun sol cinahına isə Muarem keçmişdi. Reynaldo isə yeni mövqeyə- hücumun sivri ucuna keçmişdi. Oyunun gedişi göstərdi ki, baş məşqçimizin rotasiyası uğurlu alınıb.
Oyun başlar-başlamaz `Qarabağ`ımız ərazi üstünlüyünü ələ aldı. Və ilk həmlədəcə hesabı açdı. Reynaldo cərimə meydançası daxilində Muaremi əlverişli mövqeyə çıxardı və makedoniyalının zərbəsi öncə dirəyə ardınca qolkiperə dəyərək tora daxil oldu. Qoldan sonra topa nəzarəti özündə saxlayan komandamız ara-sıra təhlükəli həmlələr edir, rəqibi isə qapımıza yaxınlaşmağa qoymurdu. İlk yarıda bir epizdodda Maksimin baş zərbəsini rəqib müdafiəçilər boş qapıdan çıxardılar. Ev sahibləri isə ilk yarıda qapıya sadəcə 1 zərbə endirə bildilər. İlk yarıda yeganə qan qaraldıcı məqam Qara Qarayevin zədələnərək meydanı tərk etməsi oldu. Milli futbolçunu Hacı Əhmədov əvəzlədi.
2-ci yarıya `Qarabağ`ımız yenidən sürətlə başladı. Və yenidən erkən qola sevindik. Jumbinyonun ideal ötürməsiylə qapıçıyla üzbəüz çıxan Reynaldo şansını qaçırmadı. Bu braziliyalının çempionatdalı 3-cü qolu oldu. Maraqlıdı ki, 23 yaşlı forvard hər 3 qolu `Sumqayıt`ın qapısına vurub.
1 saatın tamamında isə `Qarabağ`ımız 3-cü dəfə fərqləndi. Maksim – Leroy – Muki konbinasiyasını sonuncu dəqiq zərbəylə tamamlayaraq dublunu reallaşdırdı.
Geridə qalan yarım saatda `Qarabağ`ımız dəfələrlə qola yaxın olsa da,  Muki, Reynaldo, Leroy şanslarından istifadə edə bilmədi. Belə də  3-0-lıq  qələbə `Qarabağ`ımızı yenidən liderlik kürsüsünə qaldırdı. Cari mövsüm 3-cü darmadağınını reallaşdıran komandamız top fərqini də yetərincə yaxşılaşdırdı. Son 2 oyunda eyni hesablı qələbə qazanan komandamız eyni zamanda son 4 oyunda qapısının toxunulmazlığını saxlaya bilib.

Oyundan fotolar

http://qarabagh.com/1987/?name=photoview&phid=497&lang=1