QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qara 1 ay oynamayacaq
`Qarabağ`ımızın yarımmüdafiəçisi Qara Qarayev  uzun müddətə sıradan çıxıb. `Sumqayıt`la son turda baş tutan görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı milli oyunçunun sağ dizində iç yan bağlarında II dərəcəli dartılma qeydə alınıb.Bu tipli zədənin bərpa prosesi adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq Qaranın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağını ehtimal etmək olar.