QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
520 dəqiqə, Reynal10, 3x3

`Qarabağ`ımız sonuncu turda `Xəzər-Lənkəran`ın qonağı oldu. Çempionata ardıcıl 4 qələbəylə başlayan ardınca 4 oyunda 3 xal qazana bilməyən komandamız Son 2 turda `Bakı` və `Sumqayıt`ı 3:0 hesabıyla məğlub edərək yenidən çıxışa keçmişdi. 
Hər zaman ən çətin səfər qarşılaşmalarından sayılan Lənəkəranda oyundan öncə 3 gün yağış yağmışdı. Oyun günü Bakıdan gələn leysan selinin qarşılığında subtropik iqlimə xarakterik Lənkəranda 3 gün sonra yağmurun ara verməsi sanki sonradan oyunun hesabını simvolizə edəcəkdi. Hər halda Fərhadın penaltini qurtarması, rəqibin öz qapısına göndərdiyi topun qolun qeydə alınmaması oyunun nəticəsinin mistikasına hesablanmışdı.
Düzdü, `X-L` oyuna olduqca istəkli başladı. İlk 5 dəqiqədə təzyiq quraraq erkən qola sevinmək istəyən ev sahibləri xüsusilə Bədavi Hüseynovun qərarlaşdığı sağ  cinahdan təzyiqlər yaratmağa çalışırdı. Amma cəzalı Maksimin yerinə heç də öz mövqeyi sayılmayan -  müdafiənin sağına keçən Bədavi karyerasının ən yaxşı oyununu keçirərək nəinki müdafiədə keçilməz oldu, üstəlik, 22-ci dəqiqədə hücuma qoşularaq ilk qolun səbəbkarı oldu. Məhz 22 yaşlı müdafiəçinin zərbəsindən sonra dirəkdən dönən topu Reynaldo tora göndərdi. Buna qədərsə Vüqar matçın ilk real qol şansını təkbətək zamanı aşırma zərbəylə boşa vermişdi.
Qoldan sonra `Xəzər-Lənkəran` azarkeşlərinin dəstəyi ilə irəli  atılsa da, həmin gün meydanda əzmkarcasına mübarizə aparan `Qarabağ`ımız ilk yarıda Rahidin fərdi ustalıq sayəsində yaratdığı epizodu nəzərə almasaq bir dəfə də qol şansı vermədi.
2-ci yarıya da  ev sahibləri basqılı başladı. Meydanın ağır olması belə tərəflərin hər top uğrunda amansız mübarizəsini əngəlləmirdi.  Son oyunlarda fərqli `11`likləri meydana buraxan baş məşqçimiz Qurban Qurbanovun dühası bu dəfə də öz sözünü dedi. Hər nə qədər zədəli Qara Qarayevin yerinə Hacı Əhmədovun start heyətində meydana çıxması məcburiyyətdəndisə Kaponun start heyətində meydana çıxıb, 1 saatın tamamında Gelaşviliylə əvəzlənməsi 90 dəqiqə sonunda uğur qazanmaq üçün hazırlanmış konsepsiyasının bir hissəsi idi. Təsadüfi deyil ki, oyuna daxil olar-olmaz `Niko` bir toxunuşdaca Reynaldonu əlverişli mövqeyə çıxardı. Braziliyalı isə özünəməxsus inadkarlıqla müdafiəçini və qolkiperi  keçib dublunu reallaşdırdı. Bununla da premyerliqada vurduğu qolların sayını 5-ə çatdıran 23 yaşlı forvard bombardirlər siyahısında ilk pilləyə yüksəldi. Ümumiyyətlə, Reynaldo cari mövsüm olduqca məhsudar təsir bağışlayır. Avroliqada da 5 qol vurduğunu nəzərə alsaq braziliyalının cari mövsüm 10-cu qoluna imza atdığını görmüş olarıq.
2-ci qoldan sonra daha rahat oynamağa başlayan komandamız sakitcə topa nəzarəti saxlayır və uyğun məqamda şansını yoxlamağı gözləyirdi. Belə an isə 75-ci dəqiqədə yaşandı. Aqollinin ideal ötürməsiylə qolkiperlə təkbətəyə yollanan Gelaşvili həm oyunun, həm də özünün `Qarabağ`da 3-cü qolunu vurdu..
..83-cü dəqiqədə qapımıza penalti təyin olunur.. Mbilla topun arxasına keçir və Fərhad Vəliyev penaltini dəf edərkən bütün komanda Fərhadı təbrik edirdi. Bu artıq, bir komanda ruhunun, inancın göstəricisiydi. Hər nə qədər oyunun sonuna 3 dəqiqə əlavə olunsa da, həmin gün daha bir  90 dəqiqə oynansaydı belə `Qarabağ` qol buraxası deyildi.. `Qarabağ` inanmışdı bir kərə...
Beləliklə, 3:0-lıq qələbəylə `Qarabağ`ımız  son 3 oyundakı seriyasını davam etdirdi. Ümumiyyətlə, son 5 oyunda qol buraxmayan, sonuncu dəfə VI turda `Rəvan`la oyunun 20-ci dəqiqəsində qapısında qol görən `Qarabağ`ımız 520 dəqiqədir qapısında qol görmür..
Növbəti rəqibimiz `Qəbələ`dir...

`Xəzər - Lənkəran` - `Qarabağ` 0:3

Fotolar

http://qarabagh.com/1987/?name=photoview&phid=498&lang=1

Qollar

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1