QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Qəbələ` görüşünə FİFA referisi

Premyer Liqanın 12-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Çempionatın lideri olan `Qarabağ`ımız 3-cü pillədə qərarlaşan `Qəbələ`ni qəbul edəcək. Oyunu FİFA dərəcəli hakim Əliyar Ağayev idarə edəcək. Ağayevə Zeynal Zeynalov və Mehman Mahmudov yardım edəcək. Ramiz Məhərrəmov 4-cü hakim funksiyası yerinə yetirəcək.

 Topaz Premyer Liqası

12-ci tur 1 noyabr (cümə)

“Bakı” – “Simurq”

Hakimlər: Diniyev Ramil, Abbasov Yaşar, Əliyev İsgəndər, Nəsirov Ziya Əlavə köməkçi hakimlər: Əliyev Vüsal, Məmmədov Orxan “Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15.00

2 noyabr (şənbə) “Neftçi” – “Xəzər Lənkəran”

Hakimlər: Məmmədov Orxan, Musayev Elman, Vaqif Musayev, Paşayev Ömər Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Diniyev Ramil “Bakcell Arena” stadionu, 19.00

“İnter” – “Rəvan”

Hakimlər: Əliyev Vüsal, Əmiraslanov Knyaz, Yusifov Cavanşir, Əhmədov Tahir “Şəfa” stadionu, 17.00

3 noyabr (bazar)

“Sumqayıt” – AZAL

Hakimlər: Yusifov Fariz, Haşımov Mübariz, Əsgərov Azər, Məmmədov Fərid Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni, 15.00

“Qarabağ” – “Qəbələ”

Hakimlər: Ağayev Əliyar, Zeynalov Zeynal, Mehman Mahmudov, Məhərrəmov Ramiz Tofiq Bəhramov adına Respublika stadionu, 17.00