QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`da yeni təyinat
`Qarabağ`ımızda yeni təyinat rəsmiləşib. Xəbər verdiyimiz kimi uşağı yaş qruplarının koordinatoru Sebahettin Tekinlə yollar ayrılmışdı. Türkiyəlinin yerinə Borçe Xristov təyin edilib. Makedoniyalı mütəxəssis komandamız üçün yeni sima deyil. Xristov 2011-2012 mövsümündə `Qarabağ`ımızın əsas komandasının məşqçilər korpusunda olub. `PRO` kateqoriyaya malik mütəxəssis rəhbərliyin də iştirakıyla kluba təqdim olunub. `Qarabağ`ımızın əsas komandasının baş məşqçisi Qurban Qurbanov çıxışında bildirib ki, artıq aşağı yaş qrupları daha sistemli fəaliyyət göstərəcək. Aşağı yaş qruplarının çıxışlarını diqqətdə saxlayacağını bildirən çalışdırıcımız bütün yaş qruplarında eyni oyun modelin tətbiq olunacağını bildirib. Xristovla 2 illik müqavilə ilmzalanıb. Makedoniyalı əvəzedici komandadan tutmuş ən aşağı yaş qrupuna qədər nəzarət edəcək.