QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Taher Gözel: `Imarət Fan Klubuna təşəkkür edirəm`
`Qarabağ` - `Qəbələ` matçı hər bir çempionatın bəzəyi ola biləcək gözəllikdə idi. İstər oyun, vurulmuş qollar, istərsə də İmarət Fan Klubunun dəstəyi oyuna əlavə rəng qatırdı. Buna biganə qalmayan, matçı canlı izləyən Klubumuzun başqanı Tahir Gözel bəyin matç sonrası fikirləri:
`İmarət Fan Klubunun gördüyü işlər heyranlıq hissi oyadır. Matç boyu komandamızı dayanmadan dəstəkləyən bütün azarkeşlərimizə və əsasən də İmarət Fan Klubuna təşəkkür edirəm. Ümid edirəm ki onların gördüyü iş nəticəsində həm səfər, həm də ev oyunlarımızda stadionları dolduracağıq.  Yaxın gələcəkdə Biz onlara hər tərəfli dəstək olmağa hazırıq.
İşlərində uğurlar arzulayıram.`