QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` hazırlaşır

`Qarabağ`ımız `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın XIV turunda `sarı-qırmızı`lı komandanı qəbul edəcək komandamız hazırlıqlarını tam heyətlə davam etdirmir. Milli oyunçulardan əskik çalışan komandamızda Rəşad Sadıqovla Admir Teli də komandadan ayrı düşüb. Sadıqov belindən, Admirsə barmağından aldığı zədənin bərpasıyla məşğuldur. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb və komandanın hazırlıqlarında iştirak edir.

Yaranmış fasilədə yoxlama oyunu keçirməyən komandamız mövcud futbolçularla 2 tərəfli oyun keçirib. Suraxanıdakı məşq meydançasında baş tutan oyun 40 dəqiqlik 2 hissədən ibarət olub.

Qeyd edək ki, `Qarabağ` - `Rəvan` oyunu Noybarın 24-ü, bazar günü Respublika stadionunda keçiriləcək.