QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kubok üçün
`Qarabağ`ımız məşqlərə başladı. Şənbə günü Premyerliqa çərçivəsində `Simurq`la qarşılaşdıqdan sonra dərhal Bakıya qayıdan komandamız istirahətsiz hazırlıqlara start verib. Ölkə kubokunda AZAL-ı qəbul edəcək komandamız günü tək çalışmayla keçirib. `Qarabağ`ımız Suraxanı qəsəbə stadionundakı məşqlə kifayətlənib. Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsi tək oyun üzərindən keçiriləcək. Dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 16:30-da start götürəcək.