QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Miro Varvodiçlə yollar ayrıldı
`Qarabağ` Futbol Klubu Miro Varvodiçlə yollarını ayırıb. Qarşılıqlı razılaşma əsasında 24 yaşlı qolkiperlə müqavilə ləğv edilib. Xorvatiyalı son xətt oyunçusu saytımıza bu barədə açıqlaması:``Qarabağ`da 1,5 il möhtəşəm zaman keçirmişəm. İlk dəfə `Köln`dən `Qarabağ`da gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərinçə yaxşı qolkiper və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. `Qarabağ` karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. `Qarabağ`da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam.` Qeyd edək ki, Miro Varvodiç 2012-ci ilin yanında `Köln` klubundan transfer olunmuşdu.