QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Neftçi`ylə oyuna hazırdır

`Qarabağ`ımız derbiyə hazırdır. Komandamız Premyerliqanın XVI turunda `Neftçi`ni qəbul edəcək. Derbi üçün bütün hazırlıqlarını tamamlayan `Qarabağ`ımız artıq oyun zamanını gözləyir. 54-cü derbi öncəsi komandamızda ciddi itki yoxdur. Artıq 1 aydır zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndir.

Çempionatın ilk yarısında rəqib meydanında baş tutan görüşdə hesab açılmamışdı. Azərbaycan derbisini Vüsal Əliyevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.

 Qeyd edək ki, `Qarabağ` - `Neftçi` görüşü bazar günü, 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.