QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Bakı`ya itkilərlə

`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın sonuncu turunda `Neftçi`ni məğlub edərək liderliyini geri alan komandamız dünəni istirahətlə keçirmişdi. Bugün komandamız bazar günü qarşılşacağımız `Bakı`yla oyunun hazırlıqlarına start verib.

Amma `Qarabağ`ımız iddialı rəqibinə qarşı tam heyətlə mübarizə apara bilməyəcək. Rəşad Sadıqovla, Reynaldo vərəqə limitini doldurduqlarına görə, Admir Teli, Riçard Almeyda isə zədəyə görə `Bakı`yla oyunu buraxacaq. `Neftçi`ylə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı Vüqar Nadirovun da zədə problemi var. Amma adı çəkilənlərin taleyinə oyungünü aydınlıq gələcək.

 Qeyd edək ki, Bakı` - `Qarabağ` oyunu Dekabrın 15-i saat 14:00-da keçiriləcək.