QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İlin son oyunu üçün
`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın XVIII turunda `İnter`i qəbul edəcək komandamız mərkəzi arenada məşqə çıxıb. Dünən `Bakı`yla qarşılaşan komandamız vaxt itirmədən ilin son matçının hazırlıqlarına başladı. Sonuncu  qarşılaşmada müxtəlif səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda, Reynaldo da komandamızın hazırlığında iştirak ediblər.
Qeyd edək ki, `Qarabağ` - `İnter`  qarşılaşması cümə günü, dekabrın 20-də saat 17:00-da keçiriləcək.