QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`ımız məşqlərə başladı
`Qarabağ`ımız`Qəbələ`ylə XX turda baş tutacaq  matçın hazırlıqlarını davam etdirir. `Xəzər-Lənkəran`la baş tutan sonuncu tur oyunundan sonra dərhal hazırlıqlara başlayan komandamız məşqləri Suraxanı qəsəbə stadionunda keçir. `Qarabağ`ımızda Rəşad Sadıqov və Nikolas Gelaşvilinin zədəsi davam edir. Adıçəkilənlərin oyuna yetişib-yetişməyəcəyi bəlli deyil.
Artıq sabah `Qarabağ`ımız `Qəbələ`yə yollanacaq. Səhər məşq edib Azərbaycanın şimalına yollanacaq komandamız Qəbələdə 1 məşqlə kifayətlənəcək.
Qeyd edək ki, `Qəbələ` - `Qarabağ` oyunu şənbə günü, Fevralın 8-ində 14:30-da keçiriləcək.