QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
2-ci sindromdan ardıcıl 3-cü. Video-foto

`Qarabağ`ımız premyerliqanın XXII turunda `Rəvan`nın qonağı oldu. Çempionatın ilk yarısında baş tutan hər 2 qarşılaşmada rəqibini məğlub edə bilməyən komandamız `sarı-qırmızı`larla oyuna 3 itkiylə çıxmalı oldu.
Admir Telinin hələ uzun müddət oynamayacağı öncədən bəlliydisə Qara Qarayevin vərəqə limitinə görə oynamayacaqdı. Oyundan bir gün öncə ayağına zərbə alan Reynaldo da oyunu buraxmalı oldu.
Belə  də qış transferimiz Jaba Dvali ilk dəfə start heyətində meydana çıxdı. Qaranı meydanın mərkəzində Hacı Əhmədov əvəzləmişdi. Ötən AZAL-ın qapısından ilk topu keçirən Corc Leroy isə yerini Vüqar Nadirova vermişdi.
Ümumi götürdükdə ilk yarı qol epizodu  baxımından sönük keçdi. İkinci yarıya eyni heyətlə başlasaq da, baş məşqçimiz Qurban Qurbanov tezliklə 2-li dəyişikliyə əl atdı. Jaba və Vüqarın yerinə uzun müddətli zədədən dönən Gelaşvili və Leroy oyuna daxil oldu. Və çalışdırıcımız gedişi bu dəfə də özünü doğrultdu. Riçard öz cərimə meydançamızın həndəvərindən topu ələ keçirib 50 metr (!) irəlilədi və cəmi 5 dəqiqə öncə oyuna daxil olmuş Leroya fərqlənmə imkanı yaratdı. Hollandiyalı şıq vuruşla topu qapıçının ayaqları arasından tora göndərdi.  Az  sonra isə Corc dublunu rəsmiləşdirdi. Bu dəfə assistentliyi Hacı öz üzərinə götürdü.  Bu 26 yaşlı vingerin ilk dublu olmaqla yanaşı premyerliqada vurduğu qolların sayının 5-ə çatması demək idi. Qeyd edək ki, Hollandiya U-23-ünün sabiq üzvü premyerliqada daha öncə `İnter`, `Rəvan`, AZAL-la, avrokuboklarda isə `Metallurq` və `Piast`la oyunlarda da adını tabloya yazdırmışdı.
2-ci qoldan sonra temp aşağı düşsə də, komandamız sona qədər topa nəzarəti özündə saxlayaraq rəqibə qol şansı vermədi. Geridə qalan müddətdə ən yadda qalan məqam Leroyun het-trik etməyə yaxın olması idi. Lakin,  `16` nömrənin zərbəsi tirdən geri döndü.
Beləliklə, 2-0-lıq qələbə ilə `Qarabağımız xalların sayını 45-ə çatdırdı. Ardıcıl 3cü qələbə ilə komandamız ən yaxın rəqibiylə 4 xallıq fərqi qoruya bildi.
Maraqlıdı ki, cari qələbə ilə mövsümdə `Rəvan` üzərində ilk qələbəsini qazanan komandamız AZAL-dan sonra  çempionatın ilk yarısında yenə bilmədiyi 2-ci komandanı da məğlub etdi. Maraqlıdı ki, komandamız ilk hissədə 3 xal qazana bilmədiyimiz 3-cü və sonuncu komanda olan `Simurq` növbəti rəqibimizdi..
Zaqatala təmsilçisi ilə premyerliqanın XXIII turunda  , Fevralın 23-ü Tofiq Bəhramov adına Respublika stadionunda  saat 17:00-da qarşılaşacağıq.

`Rəvan` - `Qarabağ` 0-2 Qollar

http://www.qarabagh.com/1987/?name=videosif&lang=1

`Rəvan` - `Qarabağ` 0-2 şəkillər

http://www.qarabagh.com/1987/?name=photoview&phid=512&lang=1