QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Simurq`a hazırlaşır

`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Premyerliqanın XXIII turunda `Simurq`u qəbul edəcək komandamız `Rəvan` la ayın 19-da baş tutan (2:0) sonuncu görüşdən sonra dərhal hazırlıqlara başlayıb.  `Qarabağ`ımız günün yeganə çalışmasına 16:00-da çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 90 dəqiqə davam edib.
`Qarabağ`ımızın hazırlığında bütün futbolçular iştirak edib. Ötən turu zədə səbəbindən buraxan Reynaldo artıq komandayla məşq edir. Fevralın 8-də `Qəbələ`ylə oyunda sıradan çıxan Admir Teli isə fizioterapevt nəzarətində çalışır.
Qeyd edək ki, `Qarabağ` - `Simurq` oyunu  Fevralın 23-ü, bazar günü saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.