QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Simurq`. 0:0

Oyundan əvvəl Xocalı faciəsi 1 dəqiqəlik sükutla yad edilir
1`- Oyun başlayır
4`- `Qarabağ` oyuna hücumla başlayır.. Gelaşvili ilk əlverişli şansı əldən verir
7`- `Simurq` real qol şansı əldə etsə də müdafiəçimiz zərbənin qarşısını alır
12`- Oyuna komandalar yüksek tempdə başlayıb
15`- `Simurq`meydanın mərkəzində presinq etməklə komandamızın hücumlarının qarşısını alır
22`- `Qarabağ` hücumu... Reynaldonun qapıya doğru zərbəsi, lakin top azacıq fərqlə qapıdan aralı keçir
27`- Bu dəqiqələrdə komandamız ərazi üstünlüyünü ələ keçirib
30`- Artıq oyunda yarım saat geridə qalıb, lakin hesab açılmayıb
35`- Oyunda ilk sarı vərəqəni `Simur`dan Ruslan Poladov alır
37`- `Qarabağ` hücumu... Jumbinyonun qapıya doğru zərbəsi.. lakin top qapıdan aralı keçir
39`- Daha bir real qol şansı.. lakin bu dəfə də Reynaldo yüz faizlik qol şansından yararlana bilmir
42`- Komandamız rəqib qapısına təzyiq edir
44`- Maksim Medvedev sarı vərəqə alır
45`- İlk hissəyə 2 dəqiqə əlavə olunur
45+2`- İlk hissə 0-0 hesabı ilə bitir
46`- İkinci hissə başlayır
50`- Oyun bu dəqiqələrdə daha çox meydanın mərkəzində gedir
55`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi.. Gelaşvilini Muarem əvəzləyir
60`- Artıq 1 saat geridə qalıb, lakin hesab açılmayıb
64`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi.. Leroyu Vüqar Nadirov əvəzləyir
72`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Maksimin yerinə İlqar Qurbanov meydana daxil olur

78`- Komandamızın hücumu.. Lakin Reynaldonun qapıya doğru zərbəsi dəqiq olmur
80`- Daha bir hücum.. bu dəfə də Almeydanın zərbəsi dəqiq olmur
85`- Bu dəqiqələrdə komandamız rəqibi öz qapısına sıxıb
90`- Oyunun sonuna 3 dəqiqə əlavə olunur
90+3`- Oyun 0-0 hesabı ilə bitir