QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` məşqlərə başladı
`Qarabağ`ımız məşqlərə başladı. Premyerliqanın XXIV turunda `Neftçi` üzərində qələbədən (4:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Artıq komandamız növbəti turda qarşılaşacağımız `Bakı`yla oynunun hazırlıqlarına başlayıb.
`Qarabağ`ımızın məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Uzun müddətdi zədəli olan Admir Teli də artıq kollektivlə məşqlərdə iştirak edir.
Qeyd edək ki, `Qarabağ`- `Bakı` oyunun Bazar günü Martın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.