QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
7 `Qarabağ`lı rəmzi yığmada

Premyer Liqanın  XXIV turunun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib.Peşəkar Futbol Liqasının (PFL) `Instat Football` şirkətinin PFL-ə təqdim etdiyi statistik göstəricilərə əsasən ötən turun ən yaxşıları açıqlanıb.
Derbidə  `Neftçi`ni 4:1 hesabıyla məğlub edən komandamızın üzvləri rəmzi `11`likdə çoxluq təşkil edir. 
`Qarabağ`ımızın 7 üzvü sıyahıda yer alıb. Yarımmüdafiə xətti təmamilə `Qarabağ`lılardan ibarətdir. Ən yaxşı isə gözlənildiyi kimi het-trikə imza atan Reynaldo olub.

Qapıçı - Kamal Bayramov (Rəvan)

Müdafiəçilər - Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər - Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc ( Qarabağ)

Hücumçular - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter)