QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Bakı`ya hazırlaşır

`Qarabağ`ımız `Bakı`yla oyuna hazırlaşır. Premyerliqanın XXV turunda paytaxt klubunu qəbul edəcək komandamız günü tək məşqlə keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan çalışma 16:30-da start götürüb. Məşqdə millilərdən dönən futbolçularımız da iştirak edib.
`Qarabağ`ımız sabah  1 məşqlə `Bakı`yla oyunun hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, `Qarabağ` - `Bakı`mücadiləsi Martın 9-u, bazar günü T. Bəhramov adına Respublika stadionunda saat 18:00-da keçiriləcək.