QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `İnter` üçün

`Qarabağ`ımız yenidən premyerliqaya köklənib. Martın 12-də ölkə kubokunun ¼ final mərhələsində  `Qəbələ`ylə qarşılaşan  (0:0) komandamız dünəni istirahətlə keçirmişdi. Bugündən `Qarabağ`ımız yenidən məşqlərə başlayıb. Çempionatın XXVI turunda `İnter`in qonağı olacaq komandamız günü tək məşqlə keçirəcək.
Sabah daha bir çalışmayla komandamız hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, `İnter` - `Qarabağ` oyunu bazar günü Şəfa stadionunda, saat 17:00-da keçiriləcək.