QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Qəbələ`yə hazırlaşır
`Qarabağ`ımız 4-cü dövrəyə hazırlaşır. Premyerliqanın lideri XXVIII turda qarşılaşacağı `Qəbələ`ylə oyunun hazırlıqlarını gündə 1 dəfə məşq keçməklə davam etdirir. Cari mövsüm artıq 6-cı dəfə qarşılaşacağımız `qırmızı-qara`larla oyundan öncə komandamızda Vüqar Nadirov meydana çıxmayacaq. 27 yaşlı hücumçu sarı vərəqə limitini doldurduğuna  görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, `Qarabağ` - `Qəbələ` oyunu Martın 30-u, bazar günü 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.