QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` 18 il sonra

Premyer Liqanın 28-ci turunda `Qəbələ`ni məğlub edən `Qarabağ` bir neçə rekorda imza atıb. 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.

Mövsümün rekordu

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan komandamız  mövsümün rekordunu müəyyənləşdirib. `Neftçi` (4:1), `Bakı` (4:0), `İnter` (3:0), `Sumqayıt` (3:0) və `Qəbələ`ni (3:0) məğlub edən `Qarabağ` mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.

`Neftçi`nin 18 illik rekordu təkrarlandı

`Qarabağ`ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız `Neftçi` belə nailiyyətlə fərqlənmişdi.

Toxunulmazlıqda 3-cü

`Qarabağ`ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. `Quru` seriyasını 367 dəqiqəyə çatdıran Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.
`Quru` seriyaya əsasən mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.
1. Fərhad Vəliyev (`Qarabağ`) – 554
2. Pavel Kapsa (`Simurq`)– 505
3. İbrahim Şehiç (`Qarabağ`) - 367
4. Kamran Ağayev (`Bakı`) – 360
5-6. David Pietrzkeviç (`Qəbələ`), Pavel Kapsa (`Simurq`) – 335
Mənbə:pfl.az