QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
1 görüşə sığmayan oyun. Araşdırma

`Qarabağ`ımız premyerliqanın XXIX turunda AZAL-ın qonağı oldu. Premyerliqanın vahid lideri olan komandamız `təyyarəçi`lərlə oyundan öncə  tam heyətlə görüşə hazırlaşsa da, baş məşqçimiz uzunmüddətli zədədən dönən Rəşad Sadıqova start heyətində yer verməmişdi. Ötən turla müqayisədə heyətdə 2 dəyişiklik vardı. Sağ cinahda Vüqar Nadirovu Corc Leroy əvəzləmişdi. Ansi Aqolli isə İlqar Qurbanovdan sol cinah müdafiəçi yerini `təhvil almışdı`. Belə də start heyətimiz belə idi: Sehiç, Maksim, Teli, Bədavi, Ansi, Qara, Riçard, Jumbinyo, Vüqar, Muarem, Reynaldo
Oyun 2:0 hesabıyla `Qarabağ`ımız xeyrinə başa çatdı.
Qollar: Reynaldo, 22. Riçard Almeyda, 59.
Sadəcə oyundan maraqlı məqamları nəzərə çatdıraq..
***
`Qarabağ`ımız bu qələbəylə çempionatda ardıcıl 6-ci qələbəsini qazandı
***
 Bu seriya eyni zamanda premyerliqada cari mövsüm ən uzun qələbə seriyasıdı
***
Buna qədər 5 ardıcıl böyükhesablı qələbə qazanan komandamız bununla da `Neftçi`nin 18 illik nəticəsini təkrarladı. `Qarabağ`ımız AZAL-a qol buraxmadan daha 1 dəfə məyus edə bilsəydi, ardıcıl 6 darmadağınla çempionatlar tarixində vahid lider olacaqdı
***
`Qarabağ`ımız son 10 oyunda 9-cu qələbəsini qazandı
***
Qapısını toxunulmaz saxlamaqla komandamız bununla da göstəricisini 5-oyuna çatdırdı. Başqa sözlə komandamız 457 dəqiqədir qapısında qol görmür. Sonuncu dəfə qolkiperimiz İbrahim Sehiçin qoruduğu qapıdan  24-cü turda `Neftçi`nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov 83-cü dəqiqədə top keçirə bilib.
***
Bu cari mövsüm 2-ci ən uzun göstəricidir. Mövsümün seriyası isə 512 dəqiqə ilə `Qarabağ`ımızın digər qapıçısı Fərhad Vəliyevə məxsusdur.
***
`Qarabağ`ımız eyni zamanda AZAL-la oyunda 3 oyundan sonra qapısı `quru` saxlaya bildi
***
`Qarabağ`ımız `AZAL Arena`da 3- il sonra qələbə qazana bildi. Sonuncu dəfə komandamız bu meydanda 2011-ci ilin sentyabrın 19-unda 3 xalı aktivinə yaza bilmişdi.
***
 `Qarabağ`ımızda Reynaldo vurduğu qolla premyerliqada cari mövsüm 18-ci dəfə fərqlənməklə bombardirlər siyahısında yerini möhkəmləndirdi.
***
Maraqlıdı ki,  Reynaldo bununla 2010-2011 mövsümündə çempionatın bombardiri olan Georgi Adamiyanın göstəricisinə çatdı.
***
Ümumiyyətlə, bir mövsüm `Qarabağ`ın formasında ən çox qol vuran futbolçu olmaq üçün `Rey9`a cəmi 3 qol lazımdı. Samir Musayev 2003-2004 mövsümündə 20 dəfə fərqlənməyi bacarıb.
***
Braziliyalı son 5 oyunda start heyətində meydana çıxarkən qol vurmadan meydanı tərk etməyib.
***
Reynaldo 22-ci dəqiqədə fərqlənməklə cari futbol ilində 25-ci qolunu vurdu. Premyerliqada 18 dəfə fərqlənən `Rey9` 5 dəfə avroliqada, 2 dəfə də ölkə kubokunda adını tabloya yazdırıb.

Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsusdur.