QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Rəvan` zamanı
`Qarabağ`ımız `Rəvan`la oyunun hazırlıqlarına başladı.Premyerliqanın XXX turunda `Rəvan`ı qəbul edəcək komandamız bugünü tək  çalışmayla keçirəcək.
Sonuncu turdakı AZAL qalibiyyətindən sonra (2:0) komandamızın baş məşqçisu Qurban Qurbanov dünəni komandaya istirahət vermişdi. Bugündən isə komandamız `sarı-qırmızı`larla oyunun hazırlıqlarına start verəcək.
`Qarabağ`ımızın yeganə çalışması 17:00-a təyin olunub. Komandamızın məşqi Suraxanı qəsəbə stadionunda olacaq.
Qeyd edək ki, `Qarabağ` -`Rəvan` oyunu Aprelin 12-də,şənbə günü saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək.