QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Reynaldodan het-trik

Peşəkar Futbol  Liqası (PFL) və qurumun sponsoru Topaz tərəfindən hər ay keçirilən ənənəvi `ayın ən yaxşı futbolçusu` nominasiyasının qalibləri məlum olub. Ən yaxşıyla yanaşı azarkeşlər səsverməsiylə fevral və mart aylarında vurulmuş ən yaxşı qolun sahibi müəyyənləşib.
Öncə vurulmuş qolllar haqqında. Fevral ayında vurulmuş ən yaxşı qol `Qarabağ`ımızın forvardı Reynaldonun `Qəbələ`yə vurduğu qol seçilib. Reynaldo eyni zamanda daha 2 mükafata sahib çıxıb. Belə ki, jurnalistlərin seçiminə əsasən `Rey9` həm fevral, həm də Mart ayının ən yaxşı futbolçusu seçilib. 
Brazliyalı hücumçu son 2 ayda rəqib qapılarından 12 top keçirib, 1 məhsuldar ötürməylə yadda qalıb.  Maraqlıdı ki, 24 yaşlı futbolçu `ən yaxşı` mükafatını ardıcıl 2 dəfə qazanan ilk futbolçu kimi tarixə düşdü.