QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Bakı` - `Qarabağ` 0:0

`Qarabağ`ımız premyerliqanın XXXIII turunda `Bakı`nın qonağı oldu. Ötən tur `Neftçi`ylə baş tutan oyunla müqayisədə komandamızda 2 dəyişiklik vardı. Belə ki, sarı vərəqə limitini doldurduğuna görə Rəşad Sadıqov oyunu buraxmalı idi. Belədə Admir Teli müdafiənin mərkəzində qərarlaşmış, hücumun sağında isə Corc Leroyun yerinə Vüqar Nadirov qərarlaşmışdı.

Belə də start heyətimiz aşağıdakı kimi idi:
İbrahim Sehiç, Ansi Aqolli, Admir Teli, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Jumbinyo, Vüqar Nadirov, Muarem Muarem, Reynaldo

Oyuna `Qarabağ`ımız ərazi üstünlüyü ilə başladı. Nominal hücumçusuz çıxış edən `Bakı` təmamilə geri çəkilərək müdafiədən oynayır və komandamızın cərimə meydançasına daxil olmağa imkan vermirdilər.  Ilk yarıda daha çox standard vəziyyətlərdən qol axtaran komandamızın həmlələri bəhrə verməyincə tərəflər fasiləyə qolsuz bərabərliklə yollandı.

Komandamız 2-ci hissəyə 2 dəyişikliklə başladı. Muarem və Vüqarın yerinə Leroy və Namiq Yusifov oyuna daxil oldular. Belə də Riçard sol cinaha çəkilib meydanın mərkəzindəki mövqeyini Namiqə `tapşırdı`. Leroy isə taktiki sxem üzərindəki sağ cinah vingeri mövqeyinə keçdi. Yenə də ərazi üstünlüyünü ələ keçirən komandamız bu dəfə daha təhlükəli görsənsə də 11 nəfərlə müdafiə olunan rəqibin cərimə meydançasına daxill olmağa çətinlik çəkirdi. 64-cü dəqiqədə isə hakim Reynaldonun qapıçı ilə təkbətək yollanmasına imkan verməyən müdafiəçiyə qırmızı verməyə risk etmədi. Az sonra isə baş məşqçimiz Qurban Qurbanov Riçardın yerinə Nikolas Gelaşvilini meydana buraxdı. Niko hücumun sivri ucuna keçdiyindən Reynaldo sol cinaha çəkildi. Lakin, geridə qalan müddətdə çoxsaylı hücumlara baxmayaraq komandamız qol vurmağı bacarmadı və görüş 0:0 hesabı ilə başa çatdı. Beləliklə, komandamız xallarının sayını 69 yüksəltdi.

Növbəti rəqibimiz `İnter` olacaq. `İnter`lə görüş Mayın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da olacaq.